Yuxarı
    Bağlamaq

    Pakistanda baş vermiş partlayışda ölən və yaralananların sayı artıb

    Partlayış zamanı daha 21 nəfər xəsarət alıb

    Bakı. 24 fevral. REPORT.AZ/ Pakistanın Pəncab vilayətinin inzibati mərkəzində baş vermiş partlayışda ölənlərin sayı 8 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

    Məlumata görə, hadisə zamanı daha 21 nəfər xəsarət alıb. Qeyd edək ki, partlayış yerli vaxtla saat 11:30-da, Hindistan restoranının yaxınlığındakı binada baş verib.

    Hadisə zamanı daha 4 bina, bir neçə avtomobil, motosiklet zərər çəkib. Yaralılar xəstəxanaya çatdırılıb. Xəstəxanadakı mənbə onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildirib. Bu səbəbdən ölənlərin sayı bir qədər də arta bilər.

    Partlayışdan sonra hadisə yerinə polislər, hərbçilər və təhlükəsizlik orqanlarının əməkdaşları gəlib. Onlar ərazini mühasirəyə alıblar və sakinləri təxliyə ediblər. Ekspertlərin sözlərinə görə, hadisəni törədənlər 8-10 kiloqram partlayıcı maddədən istifadə ediblər.

    Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Qeyd edək ki, ötən gün yayılmış ilkin məlumatda hadisə zamanı 7 nəfərin öldüyü, 15 insanın xəsarət aldığı bildirilirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi