Pakistanda baş vermiş partlayışda 6 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb

Pakistanda baş vermiş partlayışda 6 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb Bakı. 2 yanvar. REPORT.AZ/ Pakistanda xəstəxanada qaz balonunun partlaması nəticəsində 2-i uşaq olmaqla 6 nəfər ölüb.
Digər ölkələr
2 Yanvar , 2018 04:54
Pakistanda baş vermiş partlayışda 6 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Pakistanda xəstəxanada qaz balonunun partlaması nəticəsində 2-i uşaq olmaqla 6 nəfər ölüb.

"Report" "Geo TV"ə istinadən xəbər verir ki, hadisə Attok şəhərində, Pəncab vilayətində qeydə alınıb.

Hadisə zamanı 10-dan çox insan xəsarət alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, insanlar qaz partlayışı nəticəsində qismən dağılmış binanın dağıntıları altında qalaraq həlak olublar.

Xilasetmə xidmətinin məlumatına görə, dağıntılar arasında hələ də qalanlar var. 

Son xəbərlər

Orphus sistemi