Yuxarı

​Pakistanda baş verən partlayışda 15 nəfər ölüb

Hadisə Poliomielitdən Müalicə Mərkəzinin yaxınlığında, əhali vaksinasiya olunan zaman baş verib

Bakı.13 yanvar. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub. 

"Report" xəbər verir ki, bu haqda yerli "Samaa TV" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış Poliomielitdən Müalicə Mərkəzinin yaxınlığında, əhali vaksinasiya olunan zaman baş verib.

Ölənlərin 12-si polis əməkdaşıdır. Azı 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında mərkəzin əməkdaşları da var. 

Partlayışın baş vermə səbəbi məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi