Yuxarı
    Bağlamaq

    ​Pakistanda avtobusun partlaması nəticəsində 10 nəfər ölüb

    Partlayış zamanı avtobusda 40 nəfər olub

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Pakistanda Bəlucistan vilayətinin inzibati mərkəzi olan Kvetta şəhərində avtobusun partlaması nəticəsində ən azı 10 nəfər ölüb, 18 nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə "Pakistan Today" nəşri yazıb.

    Məlumata görə, partlayış zamanı avtobusda 40 nəfər olub. Xilasedicilərin bildirdiyinə görə, ölənlər arasında iki uşaq var.

    Heç bir qruplaşma hələ ki, baş verən hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi