Pakistanda avtobusla yük maşınlarının toqquşmasında 9 nəfər ölüb

Pakistanda avtobusla yük maşınlarının toqquşmasında 9 nəfər ölüb Daha 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
Digər ölkələr
5 Mart , 2018 10:45
Pakistanda avtobusla yük maşınlarının toqquşmasında 9 nəfər ölüb

Bakı. 5 mart. REPORT.AZ/ Pakistanın şərqindəki Pəncab əyalətində baş verən yol qəzası nəticəsində azı 9 nəfər ölüb.

"Report" "Geo TV"yə istinadən xəbər verir ki, daha 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza nəticəsində avtobus iki yük maşını ilə toqquşub.

İlkin ehtimala görə, Qucar-Xan şəhərində baş verən qəza yük avtomobillərindən birinin avtobusu keçməyə çalışması və bu zaman sürücünün idarəetməni itirərək qəzaya səbəbkar olması nəticəsində qeydə alınıb.

Son məlumatlara görə, 14 nəfərin vəziyyəti çox ağırdır.

Son xəbərlər

Orphus sistemi