Pakistanda baş verən yol-nəqliyyat hadisəsi zamanı azı 22 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
“Report” verir ki, bu barədə "Radio Pakistan" məlumat yayıb.
Qeyd olunub ki, qəza bazar günü səhər Qilqit əyalətində baş verib. Belə ki, Skardu şəhərindən Ravalpindi şəhərinə gedən avtobus təpəyə çırpılıb.
Qəzanın hansı səbəbdən beş verdiyi məlum deyil. Hazırda xilasetmə əməliyyatı davam edir, yaralılar xəstəxanaya aparılıb.