Pakistanda avtobus qəzaya uğradı, ölənlər var

Pakistanda avtobus qəzaya uğradı, ölənlər var Pakistanın Baltistan dağlıq bölgəsində Rəvalpindidən Skardu şəhərinə gedən sərnişin avtobusunun qəzaya uğrayaraq İndus çayına yuvarlanması nəticəsində 21 nəfər ölüb, 5 nəfər yaralanıb.
Digər ölkələr
9 mart 2020 11:17
Pakistanda avtobus qəzaya uğradı, ölənlər var

Pakistanın Baltistan dağlıq bölgəsində Rəvalpindidən Skardu şəhərinə gedən sərnişin avtobusunun qəzaya uğrayaraq İndus çayına yuvarlanması nəticəsində 21 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, səbəbləri hələlik məlum olmayan qəzada ölənlər arasında iki uşaq da var.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisə yerinə cəlb edilən hərbçilər və xilasedicilər, habelə yerli könüllülər tərəfindən səkkiz meyit tapılıb. Helikopterlərin də istifadə olunduğu axtarış tədbirləri davam etdirilir.

Gilgit Baltistan bölgəsinin qubernatoru Rəca Cəlal Hüseyn Məqpon hadisədən çox kədərləndiyini, xilasetmə əməliyyatını tezləşdirmək üçün müvafiq tapşırıqlar verdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi