​Pakistanda yol qəzasında ölən və yaralananların sayı 72 nəfərə çatıb - YENİLƏNİB

​Pakistanda yol qəzasında ölən və yaralananların sayı 72 nəfərə çatıb - YENİLƏNİB Yaralılardan 6-ı ağır vəziyyətdədir
Digər ölkələr
15 Avqust , 2016 00:01
​Pakistanda yol qəzasında ölən və yaralananların sayı 72 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 15 avqust. REPORT.AZ/ Pakistanın Palandri və Hadcir kəndləri arasında sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində ölənlərin və xəsarət alanların sayı 72 nəfərə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumata görə, ağır yol qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə, xəsarət alanların sayı 50-ə çatıb.  


***22:45

Pakistanın Kaşmir vilayətinə nəzarət etdiyi ərazidə, Palandri və Hadcir kəndləri arasında sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 16 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər yayıb.

"Qəza nəticəsində 16 sərnişin həlak olub, 29 nəfər yaralanıb, onlardan 6-ı ağır vəziyyətdədir", - deyə agentliyin məlumatında deyilir.

Məlumata görə, toy mərasiminin qonaqlarını daşıyan avtobusda 50-dən çox sərnişin olub. 

Son xəbərlər

Orphus sistemi