Pakistanın Hayber-Pahtunxva əyalətində iki tayfa arasında baş verən atışma nəticəsində 14 nəfər öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Geo.tv telekanalı bildirib.
Məlumata görə, toqquşma Tank ərazisində, Marvat və Betani tayfaları arasında həll edilməmiş mübahisə üstündə olub. "Hadisə Mullazay kəndində olub. Atışma köhnə düşmənçilik nəticəsində baş verib", - deyə polisin regional bölməsinin nümayəndəsi Fəruz Şah bildirib.
Hazırda polis insidentlə bağlı araşdırma aparır, hadisəni iştirakçıları axtarılır.