Pakistanda Aşura günü ilə bağlı aksiya zamanı partlayış baş verib: 16 ölü

Pakistanda Aşura günü ilə bağlı aksiya zamanı partlayış baş verib: 16 ölü Terror aktının kamikadze tərəfindən həyata keçirildiyi qeyd olunur.
Digər ölkələr
23 Oktyabr , 2015 21:50
Pakistanda Aşura günü ilə bağlı aksiya zamanı partlayış baş verib: 16 ölü

Bakı. 23 oktyabr. REPORT.AZ/ Pakistanda şiə müsəlmanlarının Aşura günü ilə əlaqədar keçirdiyi yürüş zamanı terror aktı törədilib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Sind əyalətində baş verən partlayış nəticəsində 16 nəfər həlak olub, ən azı 40 müsəlman da yaralanıb.

Terror aktının kamikadze tərəfindən həyata keçirildiyi qeyd olunur.

Bu, Pakistanda son iki gündə törədilən ikinci terror aktıdır. Ötən gün Bhaaq şəhərindəki şiə məsçidini hədəf alan terrorçular 10 nəfərin ölümünə səbəb olmuşdu.

Son xəbərlər

Orphus sistemi