Pakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var

Pakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var Pakistanda baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb
Digər ölkələr
13 Avqust , 2022 23:42
Pakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var

Pakistanda baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Geo News” televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Pəncab əyalətində qeydə alınıb. Yük maşınının sərnişin avtobusunun üzərinə aşması nəticəsində azı 13 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edilir ki, avtobus hərəkətdə olarkən xəndəyə düşüb. Bu vaxt arxadan gələn yük maşını avtobusun üstünə aşıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi