Pakistanda furqonun çevrilib aşması və yanması nəticəsində azı 13 nəfər həlak olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Dawn" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı nəqliyyat vasitəsində azı 20 sərnişin olub. Qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.