Yuxarı

​Pakistanda 600 nəfər terrorçuluqda şübhəli bilinərək həbs olunub

Saxlanılanların 125 nəfəri Əfqanıstandan olan mühacirlərdir

Bakı. 19 yanvar. REPORT.AZ/ Pakistan polisi ikigünlük antiterror reydləri zamanı 604 nəfəri saxlayıb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, hüquq-mühafizəçiləri Pakistanın Hayber-Paxtunxva əyalətində çoxlu sayda silah müsadirə ediblər.

Saxlanılanların 125 nəfəri Əfqanıstandan olan mühacirlərdir.

Polis əməkdaşları, həmçinin 1392 tədris müəssisəsində yoxlamalar aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi