​Pakistanda 50 "Taliban" silahlısı zərərsizləşdirilib

​Pakistanda 50 "Taliban" silahlısı zərərsizləşdirilib 2014-cü ilin iyun ayından təqribən 3 min terrorçu məhv edilib
Digər ölkələr
18 Avqust , 2015 03:20
​Pakistanda 50 Taliban silahlısı zərərsizləşdirilib

Bakı. 18 Avqust. REPORT.AZ/ Pakistanın Şimali Vəziristan əyalətində taliblərin mövqelərinə havadan zərbələrin endirilməsi nəticəsində ən azı 50 terrorçu məhv edilib, həmçinin onlara məxsus silah anbarı partladılıb.

"Report" xəbər verir ki, bu barədə Pakistan ordusunun nümayəndələri məlumat yayıb.

Bu informasiyanın müstəqil mənbə tərəfindən təsdiqi yoxdur, çünki jurnalistlərin regiona girişi qadağan edilib.

Pakistanın hökumət qüvvələri 2014-cü ilin iyunundan Əfqanıstanla sərhəddə yerləşən və "Taliban" terror təşkilatının istinadgahlarından biri olan Şimali Vəziristanda hərbi əməliyyatlar aparırlar.

Rəsmi məlumatlara görə, bu dövr ərzində təqribən üç min terrorçu zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi