Pakistanda 50-dən çox insan leysan yağışlarının qurbanı olub

Pakistanda 50-dən çox insan leysan yağışlarının qurbanı olub Torpaq sürüşmələri nəticəsində Kəşmirə gedən yollar bağlanıb
Digər ölkələr
19 Mart , 2016 21:33
Pakistanda 50-dən çox insan leysan yağışlarının qurbanı olub

Bakı. 19 mart. REPORT.AZ/ Pakistanın şimalında və şimal-qərbində leysan yağışları nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, son sutka ərzində iki yaşayış evinin damının uçması nəticəsində ən azı 10 nəfər, o cümlədən qadın və uşaqlar həlak olublar.

Yerli məmurların sözlərinə görə, torpaq sürüşmələri nəticəsində Kəşmir vadisi ilə ölkənin digər hissəsini birləşdirən bir neçə yol bağlanıb.

Bağlanmış yolların təmizlənməsi üçün hakimiyyət əsgər və ağır texnika cəlb edib.

Pakistanın Meteorologiya Bürosu bir həftə əvvəl başlayan leysan yağışlarının bazar gününədək səngiməyəcəyini proqnozlaşdırıb.

Son xəbərlər

Orphus sistemi