Pakistanda 30 nəfər daşqınların qurbanı olub

Pakistanda 30 nəfər daşqınların qurbanı olub İnsident Xayber-Paxtunxva əyalətində baş verib
Digər ölkələr
3 İyul , 2016 09:38
Pakistanda 30 nəfər daşqınların qurbanı olub

Bakı. 3 iyul. REPORT.AZ/ Pakistanın şimal-qərbində baş verən daşqınlar nəticəsində ən azı 30 nəfər həyatını itirib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, insident Xayber-Paxtunxva əyalətinin Çitral dairəsində qeydə alınıb.

Agentliyin məlumatına görə, leysan yağışlar nəticəsində əmələ gələn sel məscid və bir neçə evi yuyub aparıb ki, bu da insan itkisinə səbəb olub. Təbii fəlakət zamanı yaralananlar da var.

Son xəbərlər

Orphus sistemi