Yuxarı
    Bağlamaq

    Pakistanda silahlıların polis kollecinə hücumu nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb - YENİLƏNİB-3

    Əməliyyat zamanı bir neçə terrorçu öldürülüb

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətinin Kvett şəhərində bir qrup silahlının polis kollecinə hücumu zamanı ölənlərin sayı 59 nəfərə çatıb. 

    "Report"un məlumatına görə, bu barədə "GEO TV" məlumat yayıb.

    Məlumata görə, əməliyyat zamanı bir neçə terrorçu məhv edilib. Xilasetmə əməliyyatı zamanı 250 nəfərdən çox polis kursantı silahlı şəxslərdən xilas edilib.

    Hərbçilər hücum edənlərin "Taliban" hərəkatına məxsus qruplaşmanın üzvləri olduğunu bildirblər.

    ***03:18

    Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətinin Kvett şəhərində bir qrup silahlının polis kollecinə hücumu zamanı 33 nəfər həlak olub.

    "Report"un məlumatına görə, bu barədə "France Presse" agentliyi Pakistanın "Dawn" qəzetinə istinadən xəbər yayıb.

    Məlumata görə, silahlı basqın zamanı 80-dən çox insan xəsarət alıb. 


    ***02:48

    Pakistanın cənub-qərbindəki Kvett şəhərində bir qrup silahlının polis kollecinə hücumu zamanı 2 polis əməkdaşı həlak olub.

    "Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb,

    Məlumata görə, silahlı qrupun kollecə hücumu zamanı polis əməkdaşları ilə terrorçular arasında bir neçə saatlıq atışma baş verib.

    Atışma zamanı həmçinin 3 terrorçunun öldürüldüyü ehtimal edilir.

    Məlumata görə, terrorçuların hücumu zamanı 51 nəfər xəsarət alıb. Xilasetmə əməliyyatı zamanı bütün girovlar azad edilib.  



    ***01:26

    Pakistanın Kvett şəhərində silahlıların polis kollecinə hücumu zamanı 25 nəfər yaralanıb.

    "Report"un məlumatına görə, bu barədə "Dawn." qəzeti xəbər verib.

    Məlumata görə, xəsarət alanlardan 5-i güllə yarası alıb. Onlardan biri ağır vəziyyətdədir.

    Qeyd edək ki, çərşənbə axşamına keçən gecə 6 silahlı polis kollecinə basqın edib. Onlar hazırda bir neçə nəfəri girov saxlayırlar.

    Girovların dəqiq sayı bilinmir. Qeyri-rəsmi məlumatda isə kollecdə 200 kursantın olduğu bildirilir.

    Məlumatda o da bildirilir ki, binada atışma və iki güclü partlayış baş verib. Terrorçuların avtomatla və qumbaralarla silahlanıblar.

    Əraziyə Pakistanın silahlı qüvvələrinin bölməsi də cəlb edilib. Hərbçilər iki helikopterlə səmadan müşahidə aparırlar.



    *** 23:21

    Pakistanda 200-dən çox polis kursantı silahlı şəxslər tərəfindən girov götürülüb.

    "Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

    Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Kvett şəhərində baş verib. Belə ki, bir qrup silahlı şəxs polis kollecinə basqın edib.

    "Dawn" qəzeti isə hadisə zamanı 7 polis əməkdaşının yaralandığını xəbər verib. 

    Silahlı şəxslərin hansı qruplaşmanın üzvləri olduğu hələlik məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi