Pakistan və Əfqanıstanın tranzit ticarətlə bağlı razılaşma müddəti uzadılıb

Pakistan və Əfqanıstanın tranzit ticarətlə bağlı razılaşma müddəti uzadılıb Pakistan və Əfqanıstan arasında tranzit ticarətlə bağlı razılaşmanın müddətinin uzadılması barədə yeni razılıq əldə olunub.
Digər ölkələr
26 Avqust , 2021 10:27
Pakistan və Əfqanıstanın tranzit ticarətlə bağlı razılaşma müddəti uzadılıb

Pakistan və Əfqanıstan arasında tranzit ticarətlə bağlı razılaşmanın müddətinin uzadılması barədə yeni razılıq əldə olunub.

“Report” xəbər verir ki, Pakistanın Ticarət Nazirliyinə istinadən “The Express Tribune” qəzeti məlumat yayıb.

“Bizim ticarət əlaqələrimiz barədə bütün məsələlər ətrafında razılıq əldə olunub. Pakistan Əfqanıstanla ticarət fəaliyyətini beynəlxalq hüquqa uyğun şəkildə davam etdirəcək”, - nazirlikdən bildirilib.

Bildirilib ki, Əfqanıstanda siyasi vəziyyətin gərginləşməsindən və “Taliban”ın hakimiyyəti ələ almasından sonra yük maşınlarının, avtomobil nəqliyyatının, vətəndaşların Pakistan-Əfqanıstan sərhədindəki “Spin-Boldak” və “Torxam” nəzarət-keçid məntəqələrindən buraxılışında heç bir məhdudiyyət yoxdur.

Gündəlik mindən çox yük maşınının sərhədlərdən keçdiyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi