Pakistan parlamenti baş nazirə etimadsızlıq təklifini rədd edib

Pakistan parlamenti baş nazirə etimadsızlıq təklifini rədd edib Pakistan parlamenti müxalifətin ölkənin baş naziri İmran Xana etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı təklifini rədd edib.
Digər ölkələr
3 aprel 2022 07:40
Pakistan parlamenti baş nazirə etimadsızlıq təklifini rədd edib
İmran Xan

Pakistan parlamenti baş nazirə etimadsızlıq təklifini rədd edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Pakistan telekanalları tərəfindən canlı yayımlanan müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.

Qeyd edək ki, ölkənin baş naziri İmran Xana etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı təklifi müxalifət edib.

Müxalifət 2018-ci ildə hakimiyyətə gələn İmran Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə, eləcə də korrupsiyada ittiham edir.

Son xəbərlər

Orphus sistemi