Pakistan ordusu: Hindistan hərbçilərinin açdığı atəş nəticəsində 7 əsgər həlak olub

Pakistan ordusu: Hindistan hərbçilərinin açdığı atəş nəticəsində 7 əsgər həlak olub Bu, Pakistan ordusunun bu ilin ötən dövrü ərzində rəsmən açıqladığı ən ciddi itkidir
Digər ölkələr
14 Noyabr , 2016 16:21
Pakistan ordusu: Hindistan hərbçilərinin açdığı atəş nəticəsində 7 əsgər həlak olub

Bakı. 14 noyabr. REPORT.AZ/ Pakistan ordusu Kəşmirdə "nəzarət xətti"ndə Hindistan qoşunları tərəfindən səbəbsiz açılan atəş nəticəsində 7 əsgərin həlak olduğu barədə məlumat verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatında Hindistan tərəfinin çarpaz atəşlə yeddi Pakistan əsgərini öldürdüyü, qarşı tərəfə layiqli cavab verildiyi bildirilib.

Qeyd edək ki, bu, Pakistan ordusunun bu ilin ötən dövrü ərzində rəsmən açıqladığı ən ciddi itkidir.

Son xəbərlər

Orphus sistemi