Pakistan ordusu ən azı 80 Taliban üzvünü öldürüb

Pakistan ordusu ən azı 80 Taliban üzvünü öldürüb Döqüşlər zamanı 7 hərbçi həlak olub
Digər ölkələr
22 Mart , 2015 06:57
Pakistan ordusu ən azı 80 Taliban üzvünü öldürüb

Bakı. 22 mart. REPORT.AZ/ Pakistan ordusu Əfqanıstanla sərhədyanı bölgələrdə Taliban üzvlərinə qarşı hərbi əməliyyatlar aparır.

"Report" Anadolu Agentliyinə isitinadən xəbər verir ki, son bir neçə gün ərzində ən azı 80 yaraqlının öldürüldüğü açıqlanıb.

Döqüşlər zamanı 7 hərbçinin də həlak olduğunu deyən Pakistanlı hərbçilər, 100-dən artıq Taliban üzvünün də yaralandığını bildirib.

Xatırladaq ki, ötən yay Pakistanın Şimali Vəziristan və Heybər bölgələrində keçirilən hərbi əməliyyatlar 2 mindən artıq insanın həyatına son qoymuşdu.

Son xəbərlər

Orphus sistemi