Pakistan məhkəməsi İmran Xana yenidən ittiham irəli sürüb

Pakistan məhkəməsi İmran Xana yenidən ittiham irəli sürüb Pakistan məhkəməsi yenidən keçmiş Baş nazir İmran Xan və sabiq xarici işlər naziri Şah Mahmud Qureyşiyə qarşı dövlət sirlərini açıqlamaqda təqsirli bilinərək ittiham irəli sürüb.
Digər ölkələr
13 Dekabr , 2023 16:09
Pakistan məhkəməsi İmran Xana yenidən ittiham irəli sürüb
İmran Xan

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan və sabiq xarici işlər naziri Şah Mahmud Qureyşini dövlət sirlərini açıqladıqları üçün barələrində təkrar ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "The News International" qəzeti məlumat yayıb.

Qeyd ediib ki, ittihamlar Ravalpindi şəhərindəki Adiala həbsxanasında dövlət sirri haqqında qanunun pozulması ilə bağlı xüsusi məhkəmənin açıq iclasında elan edilib.

Bildirilib ki, təqsirləndirilən şəxslər təqsirlərini etiraf etməyiblər.

Son xəbərlər

Orphus sistemi