Pakistan hökuməti Kəşmirdəki məsələnin hərbi güc vasitəsilə həllinə diqqət ayırmır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Şah Mahmud Qureşi İslamabaddakı mətbuat konfransında bildirib.
Bu həftə Hindistanda Cəmmu və Kəşmir ştatının xüsusi statusunun ləğv olunması ilə bağlı fikir bildirən pakistanlı nazir bununla belə Hindistan tərəfindən hər hansı təcavüzkar addımlara eyni şəkildə cavab vermək hüququnu özlərində saxladıqlarını da vurğulayıb.
Məsələni
Bu həftə Hindistanın baş naziri Narendra Modi tərəfindən verilən qərarla sözügedən ştat dövlət nəzarətinin artırılacağı iki federal bölgəyə bölünəcək.