Yuxarı

​Pakistan jurnalistlər üçün ən təhlükəli ölkə kimi tanınıb

2014-cü ildə dünyada 118 KİV əməkdaşı qətlə yetirilib

Bakı. 31 dekabr. REPORT.AZ/ 2014-cü ilin yekunlarına görə Pakistan jurnalistlər üçün ən təhlükəli ölkə kimi tanınıb, dördüncü yerdə Ukrayna gəlir.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu məlumatlar dünyada ən iri peşəkar KİV işçiləri təşkilatı olan Beynəlxalq Jurnalistlər Federasiyasının (qərargahı Brüsseldə yerləşir) məruzəsində deyilir. 

Təşkilatın məruzəsində qeyd olunub ki, 2014-cü ildə Pakistanın ərazisində 14 jurnalist qətlə yetirlib. Reytinqdə ikinci yeri Suriya tutur - burada vəzifə borcunu yerinə yetirən 12 jurnalist öldürülüb. Üçüncü yerdə Əfqanıstan və Fələstin qərarlaşıb - onların ərazisində 9 KİV əməkdaşı həlak olub. Dördüncü yeri İraq və Ukrayna bölüşür - hər bir ölkədə 8 jurnalist qətlə yetirilib.

Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatlarına görə, 2014-cü ildə ümumilikdə 118 KİV əməkdaşı qətlə yetirilib. Təşkilatın ekspertləri bu peşə sahiblərinin ölüm hallarının artmasını qeyd edirlər: 2013-cü ildə dünyada 105 jurnalist həlak olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi