Pakistan İŞİD-in ölkə ərazisini ələ keçirmə ehtimalını inkar edib

Pakistan İŞİD-in ölkə ərazisini ələ keçirmə ehtimalını inkar edib XİN: Pakistanda gücləndirilmiş sərhəd nəzarəti rejimi tətbiq edilir
Digər ölkələr
8 Dekabr , 2016 11:52
Pakistan İŞİD-in ölkə ərazisini ələ keçirmə ehtimalını inkar edib

Bakı. 8 dekabr. REPORT.AZ/ "Pakistanın ərazisinin İŞİD terror qruplaşması tərəfindən işğal edilməsi mümkün deyil, ölkə sərhəd nəzarətini gücləndirir".

"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə müsahibəsində Pakistan xarici işlər nazirinin müavini Tasnim Aslam İŞİD terror qruplaşmasının Pakistanın ərazisini ələ keçirməsilə bağlı yayılan informasiyanı şərh edərkən deyib.

"İnsanların hərəkət trafikini tənzimləməyə çalışırıq. Pakistana gəlməyə çalışan əfqanların qarşısını almaq istəmirik. Eyni zamanda, terrorçuların sadə əfqanlar kimi Pakistana daxil olmasını da istəmirik. Odur ki, indi hətta ölkələr arasındakı sazişlərə görə, tənzimlənməyən yerlərdə də blokpostların inşası ilə məşğul oluruq. Məsələn, dağ bərzəxlərində. Orada postlat inşa edəcəyik və gediş-gəlişə nəzarət olacaq. Hazırda onların inşası mərhələsindəyik", - deyə nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi