Pakistan Hindistanla sülh danışıqlarının bərpasını məqsədəuyğun saymır

Pakistan Hindistanla sülh danışıqlarının bərpasını məqsədəuyğun saymır Rəsmi İslamabad Nyu Dehli danışıqlar prosesinin bərpa olunmasında irəliləyişə ümid etmir
Digər ölkələr
3 Dekabr , 2014 17:34
Pakistan Hindistanla sülh danışıqlarının bərpasını məqsədəuyğun saymır

Bakı. 3 dekabr. REPORT.AZ Pakistan hökuməti hazırkı mərhələdə Hindistanla sülh danışıqlarını bərpa etmək niyyətində deyil. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Pakistan baş nazirinin milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Sərtac Əziz bildirib. 

"Pakistan Hindistan hökumət başçısının Narendra Modi olduğu müddətdə rəsmi İslamabad və Nyu Dehli arasında danışıqlar prosesinin bərpa olunmasında hər hansı bir irəliləyişin olmasına ümid etmir", - o qeyd edib. 

S.Əziz iki ölkə arasında münasibətlərin normallaşdırılması haqqında danışıqların dayandırılmasına görə məsuliyyəti Hindistan hökumətinin üzərinə qoyub. 

Bu ilin avqust ayında Hindistanın təşəbbüsü ilə hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Pakistan-Hindistan danışıqları dayandırılıb. Nyu Dehlinin bu formatdan çıxmasına səbəb Pakistan səfirinin Kəşmirin suverenliyi uğrunda ən kütləvi siyasi hərəkatlarından birinin lideri Şabrir Şahla şəxsi görüşü olub.

Son xəbərlər

Orphus sistemi