Pakistan Hindistandakı səfirini geri qaytarır

Pakistan Hindistandakı səfirini geri qaytarır Bakı. 6 mart. REPORT.AZ/ Pakistan ilə Hindistan arasındakı gərginlik səngiməyə doğru gedir.
Digər ölkələr
6 Mart , 2019 12:32
Pakistan Hindistandakı səfirini geri qaytarır
Daily Times Pakistan

Bakı. 6 mart. REPORT.AZ/ "Pakistan ilə Hindistan arasındakı gərginlik səngiməyə doğru gedir".

“Report” “GeoTV”yə istinadən xəbər verir ki, bu barədə Pakistan xarici işlər naziri Şah Şəhmud Kürəşi bildirib.

“Görünən odur ki, Hindistanla Pakistan arasındakı gərginlik səngiyir, bu da müsbət haldır” – o deyib.

Nazir Nyu-Dehlidəki səfirlərini geri qaytarmaq qərarına gəldiklərini də dilə gətirib. 

Pakistanlı nazir həmçinin yaxın vaxtlarda Hindistanla bu ölkənin zəvvarlarının Pakistana vizasız gəlib-getməsi üçün Kərtarpur dəhlizinin açılması məsələsini müzakirə etmək üçün nümayəndə heyəti göndərəcəklərini söyləyib. 

"The Economic Times"ın məlumatına görə, nüməyəndə heyəti tərəfindən danışıqların martın 28-də keçirilməsi nəzərdə tutulur. Martın 14-də isə iki ölkə rəsmiləri arasında bu məsələ barədə ilkin təmaslar olacaq.

Son xəbərlər

Orphus sistemi