Pakistan Hindistana Kəşmir üzrə danışıqlar aparmağı təklif edib

Pakistan Hindistana Kəşmir üzrə danışıqlar aparmağı təklif edib Pakistan xarici işlər nazirinin müavini Ayzaz Çoudhri hindistanlı həmkarına rəsmi dəvət göndərib
Digər ölkələr
15 Avqust , 2016 17:23
Pakistan Hindistana Kəşmir üzrə danışıqlar aparmağı təklif edib

Bakı. 15 avqust. REPORT.AZ/ Pakistan xarici işlər nazirinin müavini Ayzaz Çoudhri hindistanlı həmkarı Subramaniam Cayşankarı Kəşmir üzrə danışıqlar aparmaq məqsədilə İslamabada rəsmi səfərə dəvət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, XİN başçısının müavinin göndərdiyi məktubda hər iki ölkənin Cammu və Kəşmir problemini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll etməklə bağlı beynəlxalq öhdəlikləri vurğulanıb.

Xatırladaq ki, son zamanlar Kəşmirdə terror hücumları ilə əlaqədar gərginlik yaşanır.

Son xəbərlər

Orphus sistemi