İslamabad, Nyu-Delhinin Hindistan prezidenti Ram Nath Kovindin təyyarəsinin Pakistan hava məkanı üzərindən uçması üçün icazə verməsinə dair xahişini rədd edib.
Report" TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Pakistanın Xarici İşlər naziri Mehmud Qureşiyə istinadən "Agence France-Presse" (AFP) deyib.
"Biz bu qərarı Hindistanın davranışına əsaslanaraq verdik", - deyə o bildirib.
Nazir qeyd edib ki, Hindistan Pakistandan bazar günü İslandiyaya səfər etmək niyyətində olan Kovindanın təyyarəsinin uçması üçün hava məkanından istifadə mümkünlüyü barədə soruşub. İslamabad buna imtina ilə cavab verib.