Pakistan hind diplomatına ölkəni tərk etməsi üçün 48 saat vaxt verib

Pakistan hind diplomatına ölkəni tərk etməsi üçün 48 saat vaxt verib Surjit Sinqxi persona non-qrata elan edilib
Digər ölkələr
28 Oktyabr , 2016 00:01
Pakistan hind diplomatına ölkəni tərk etməsi üçün 48 saat vaxt verib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Pakistan hakimiyyəti hind diplomatı Surjit Sinqxi persona non-qrata elan edib və ölkəni tərk etməsi üçün ona 48 saat möhlət verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hind diplomatı casusluqda ittiham edilir. Qeyd edək ki, daha əvvəl Hindistan hakimiyyəti Nyu-Dehlidə Pakistanın səfirliyinin diplomatik işçisinin ölkədən çıxarıldığını elan edib. 

"The Indian Express" qəzeti Nyu-Dehli polisinin Pakistan səfirliyinin əməkdaşı Mahmud Axtarı saxladığını xəbər verib. Məlumata görə, o, Hindistanın müdafiəsi ilə bağlı məxfi sənədlərdən məlumatlıdır. Onun şəxsiyyətini təsdiq edən sənədlərin araşdırılmasından sonra, diplomatik statusa malik olan Axtarı buraxıblar.

Bundan başqa, polis Racastan vilayətinin iki sakinini saxlayıb. İstintaq orqanları onların Axtarla əlaqəli olduğunu və onu informasiya ilə təchiz etdiyini güman edir.

Son xəbərlər

Orphus sistemi