Pakistan hərbi qüvvələrinin komandanı ABŞ-a səfər edir

Pakistan hərbi qüvvələrinin komandanı ABŞ-a səfər edir ABŞ və Pakistan təhlükəsizlik və əks-terror sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçiriləcək
Digər ölkələr
16 Noyabr , 2015 01:54
Pakistan hərbi qüvvələrinin komandanı ABŞ-a səfər edir

Bakı. 16 noyabr. REPORT.AZ/ Pakistan hərbi qüvvələrinin komandanı generl Rahil Şərif bazar ertəsi Birləşmiş Ştatlara beş günlük mühüm səfərə başlayır.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, səfəri çərçivəsində Əfqanıstanda sülhün bərqərar olması və terrorçulara qarşı mübarizə kimi məsələlər diqqət mərkəzində olacaq. Həmçinin, ABŞ və Pakistan təhlükəsizlik və əks-terror sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçiriləcək.

General Şərifin ABŞ-da yüksək səviyyəli rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə görüşü planlaşdırılıb.

Pakistanın yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, general Şərifin ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət katibi Con Kerri və Müdafiə naziri Eşton Karterlə mühüm danışıqları planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi