Bakı. 8 iyun. REPORT.AZ/ Özbəkistanın Azərbaycandakı keçmiş səfiri İsmətulla İrqaşev prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin olunub.
"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin Xarici İşlər Nazirliyi strukturunda öz aparatı olacaq.
Prezidentin "Özbəkistan Respublikası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin işinin təşkili haqqında" fərmanı ilə xüsusi nümayəndənin aparatında üç ştat vahidi olacağı, onun iki avtomobil, ofis mebeli, kompüter texnikası və digər inventarlarla təchiz ediləcəyi müəyyənləşib.