Yuxarı

Özbəkistanda prezident seçkiləri ilə əlaqədar 44 xarici seçki məntəqəsi açılacaq

Özbəkistanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi açılacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Martın 29-da Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar 44 xarici seçki məntəqəsi açılacaq.

Özbəkistanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, xaricdə seçki məntəqələrinin açılması haqqında qərar Özbəkistan Mərkəzi Seçki Komitəsinin növbəti iclasında qəbul edilib. 

Xarici seçki məntəqələri Özbəkistan Respublikasının xarici dövlətlərdəki nümayəndəliklərində fəaliyyət göstərəcək. 

Xatırladaq ki, Özbəkistanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi açılacaq və martın 29-da Azərbaycanda yaşayan Özbəkistan vətəndaşları buraya gəlib səs verəcəklər. 

Prezidentlik uğrunda ölkənin əsas siyasi qüvvələrinin 4 nümayəndəsi mübarizə aparacaq - hazırkı prezident İslam Kərimov (Özbəkistan Liberal-Demokrat partiyası), Hətəmjon Ketmonov (Özbəkistan Xalq-Demokrat partiyası), Akmal Saidov ("Milliy Tıklanış" partiyası) və Nəriman Umarov ("Adolat" partiyası). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi