Özbəkistanda prezident seçkiləri baş tutub

Özbəkistanda prezident seçkiləri baş tutub Əhalinin artıq 6,89 mln. nəfəri və ya 33,73%-i səs verib
Digər ölkələr
2950
4 Dekabr , 2016 10:41
Özbəkistanda prezident seçkiləri baş tutub

Bakı. 4 dekabr. REPORT.AZ/ Özbəkistanda keçirilən prezident seçkiləri baş tutmuş hesab edilib.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatı deməyə əsas verir.

Saat 11:00-a olan vəziyyətə görə, adı seçicilər siyahısına daxil edilən 20 milyon 428 min 891 vətəndaşın artıq 33,73%-dən çox hissəsi səs verib.

Özbəkistan prezidenti postuna 4 namizəd – dövlət başçısı vəzifələrinin icraçısı Şavkat Mirziyev, həmçinin üç milli partiyanın rəhbərliyinə daxil olan Xatamjon Ketmonov, Sarvar Otamuradov və Narimon Umarov iddia edir.

Özbəkistanda növbədənkənar prezident seçkiləri sabiq dövlət başçısı İslam Kərimovun vəfatından sonra təyin edilib. O, 2 sentyabr 2016-ci il tarixində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi