Özbəkistanda daha 7 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 094-ə çatıb.
Mərkəzi Asiya ölkəsində virusdan 1 212 nəfəri sağalsa da, 9 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 401 000-i ötüb. Bunların 1 081 705 nəfəri sağalıb, 239 614 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.