Bakı. 19 oktyabr. REPORT.AZ/ Özbəkistanın Müdafiə Nazirliyinin "Mi-171" helikopteri Fərqanə vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər, həmçinin 6 hərbçi və 3 ekipaj üzvü həlak olub.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı milli "Uzbekiston" telekanalı yayıb.
Qəzanın səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.