Özbəkistan XİN: Belarus ŞƏT-ə üzv olmaq üçün müraciət edib

Özbəkistan XİN: Belarus ŞƏT-ə üzv olmaq üçün müraciət edib Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.
Digər ölkələr
11 iyul 2022 18:45
Özbəkistan XİN: Belarus ŞƏT-ə üzv olmaq üçün müraciət edib

Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov bildirib ki, Belarus ŞƏT-ə üzv olmaq üçün təqdim etdiyi ərizə təşkilata üzv olan ölkələrə göndərilib.

Norov deyib ki, Səmərqənd sammitində onun ŞƏT-ə üzvlüyünə qəbul proseduru başlaya bilər.

Son xəbərlər

Orphus sistemi