Özbəkistan Prezidenti Nukusda müşavirə keçirib, sakinlərlə görüşüb

Özbəkistan Prezidenti Nukusda müşavirə keçirib, sakinlərlə görüşüb İyulun 3-də yenidən Nukus şəhərinə səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikasının bütün bölgələri ilə videokonfrans vasitəsilə müşavirə keçirib.
Digər ölkələr
3 İyul , 2022 15:51
Özbəkistan Prezidenti Nukusda müşavirə keçirib, sakinlərlə görüşüb

İyulun 3-də yenidən Nukus şəhərinə səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikasının bütün bölgələri ilə videokonfrans vasitəsilə müşavirə keçirib.

"Report" xəbər verir ki, bu barədə "Qazeta.uz" məlumat yayıb.

Müşavirə zamanı rayonların hakimləri və hüquq-mühafizə orqanlarının rəhbərləri vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, asayişin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, dövlət başçısının dünənki müraciətindən sonra vəziyyət stabilləşib.

Özbəkistan Milli Qvardiyasının rəisi Rüstəm Jurayev hazırkı vəziyyətlə bağlı məruzə edərək vəziyyətin tam nəzarətə götürüldüyünü qeyd edib.

Daha sonra Mirziyoyev Nukus şəhərinin Jeketerek məhəlləsində olub, sakinlərlə görüşüb.

Son xəbərlər

Orphus sistemi