Özbəkistan prezidenti Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə bağlı toplantı keçirib

Özbəkistan prezidenti Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə bağlı toplantı keçirib İclasda ölkənin cənub sərhədlərində təhlükələrin neytrallaşdırılması və təhlükəsizliyinin təmin edilməsi müzakirə olunub
Digər ölkələr
28 İyul , 2016 08:35
Özbəkistan prezidenti Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə bağlı toplantı keçirib

Bakı. 28 iyul. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimov respublikanın cənub sərhədlərində, o cümlədən Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib. 

"Report"un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.

"Təhlükəsizlik Şurasının sədri, ölkə prezidenti İslam Kərimovun keçirdiyi iclasda ölkənin cənub sərhədlərində təhlükələrin neytrallaşdırılması və təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub" – deyə məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, iclasda həmçinin regionun qonşu dövlətlərilə terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsi məsələsinə baxılıb. Müşavirədə hökumətin və müvafiq idarələrin rəhbərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi