Özbəkistan Post Patrul Xidmətinin rəisi iş kabinetində qətlə yetirilib

Özbəkistan Post Patrul Xidmətinin rəisi iş kabinetində qətlə yetirilib Bakı. 6 avqust. REPORT.AZ/ Özbəkistan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin (DİN PPX) rəisi Dilşod Əkrəmov xidməti idarədəki kabinetində ölmüş vəziyyətdə tapılıb.
Digər ölkələr
6 Avqust , 2018 07:15
Özbəkistan Post Patrul Xidmətinin rəisi iş kabinetində qətlə yetirilib

Bakı. 6 avqust. REPORT.AZ/ Özbəkistan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin (DİN PPX) rəisi Dilşod Əkrəmov xidməti idarədəki kabinetində ölmüş vəziyyətdə tapılıb.

"Report" "Qazeta.uz" nəşrinə istinadən xəbər verir ki, naməlum şəxs polis əməkdaşının kabinetinə daxil olaraq, onu bıçaqla vurub, ardınca isə cinayət yerindən qaçıb.

DİN-in iddiasına görə, hadisəni törədən şəxs qanun keşikçisinin tanışı ola bilər. Əkrəmov PPX-ua cari ilin iyul ayından rəhbərlik etməyə başlayıb.

Faktla bağlı Baş Prokurorluqda cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi