Özbəkistan polisi vətəndaşlardan toylarda pul səpməyə son qoymağı xahiş edib

Özbəkistan polisi vətəndaşlardan toylarda pul səpməyə son qoymağı xahiş edib Özbək polisi vətəndaşları toylarda pul səpməyə son qoymağı xahiş edib.
Digər ölkələr
28 iyul 2023 12:18
Özbəkistan polisi vətəndaşlardan toylarda pul səpməyə son qoymağı xahiş edib

Özbək polisi vətəndaşlardan toylarda pul səpməyə son qoymağı xahiş edib.

“Report” xəbər verir ki, bu barədə özbək telegram kanallarında məlumat yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, əskinaslarda vətəndaşların hörmət etməli olduğu dövlət rəmzləri təsvir olunub. Bu səbəbdən də onları ayaq altına atmaq düzgün deyil.

Qeyd edək ki, Özbəkistanda toylarda yeni evlənənlərə uğur və xoşbəxtlik diləmək üçün pul səpmək (şabaş atmaq) ənənəsi var.

Son xəbərlər

Orphus sistemi