Ukraynanın şərqindəki silahlı münaqişədə ölənlərin sayı açıqlanıb

Ukraynanın şərqindəki silahlı münaqişədə ölənlərin sayı açıqlanıb Son həftədə münaqişə bölgəsindən evlərini tərk edənlərin sayı 23,5 minə çatıb
Digər ölkələr
21 Aprel , 2015 12:50
Ukraynanın şərqindəki silahlı münaqişədə ölənlərin sayı açıqlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ 2014-cü ildə Ukraynanın şərqindəki silahlı münaqişə nəticəsində 6116 nəfər ölüb, 15 mindən çox insan müxtəlif dərəcədə xəsarət alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda BMT-nin hesabatında bildirilib.

Hesabata əsasən, 800 mindən çox ukraynalı ölkə xaricində sığınacaq almaq üçün müraciət edib.

Xəbərə görə, son həftə ərzində Ukraynanın şərqindən evlərini tərk edənlərin sayı 23,5 minə çatıb.

BMT ekspertləri Ukraynanın şərqində bir sıra sosial problemlərin olduğunu, o cümlədən, təqaüdlərin verilməsinin gecikdirilməsini, maliyyə çatışmazlığını, habelə bəzi rayonlarda elektrik təchizatında uzun fasilələrin yaranmasını, məktəblərin fəaliyyət göstərməməsini qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi