Ötən il İraqda on altı mindən çox dinc sakin öldürülüb

Ötən il İraqda on altı mindən çox dinc sakin öldürülüb Onların böyük qismi – 7431 nəfəri Neynəvada öldürülüblər
Digər ölkələr
13 Yanvar , 2017 07:58
Ötən il İraqda on altı mindən çox dinc sakin öldürülüb

Bakı. 13 yanvar. REPORT.AZ/ İraqda mülki əhali arasında qurbanları izləyən tədqiqat qrupunun məlumatına görə, ötən il bu ölkədə 16000-dən çox mülki sakin öldürülüb.

"Report" istinadən xəbər verir ki, bu barədə "MIG News" tədqiqat mərkəzinə istinadən məlumat yayıb. 

Məlumatda bildirilir ki, 2016-cı ilin yanvarından bu günə kimi İraqda 16361 mülki sakin hərbi əməliyyatların qurbanı olub. Onların böyük qismi – 7431 nəfəri ölkənin şimalındakı Neynəvada öldürülüblər. 

Mülki sakinlər arasında qurbanların sayına görə paytaxt Bağdad 3714 nəfərin ölümü ilə ikinci yerdə qərarlaşıb.

Dinc sakinlərin əsasən terror qurbanı olduqları, habelə İŞİD qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlar zamanı öldürüldükləri bildirilir. 

Son xəbərlər

Orphus sistemi