Ötən il İraqda 6800-dən artıq dinc sakin həlak olub

Ötən il İraqda 6800-dən artıq dinc sakin həlak olub UNAMI mülki əhali arasında 19 266 ölən və yaralanan şəxs qeydə alıb
Digər ölkələr
3 Yanvar , 2017 13:17
Ötən il İraqda 6800-dən artıq dinc sakin həlak olub

Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən il İraqda 6800-dən artıq dinc əhali qırğınların qurbanı olub, daha 12,3 min insan yaralanıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyasının (UNAMI) məlumatında deyilir. 

"2016-cı ildə UNAMI mülki əhali arasında 19 266 ölən və yaralanan şəxs qeydə alıb. Onlardan 6 878 nəfəri öldürülüb, 12 388 nəfəri yaralanıb", - yanvarın 2-də dərc olunan məlumatda bildirilib. 

Missiya həmçinin qeyd edir ki, İraqın qərbindəki Ənbar vilayətində ötən ilin may, iyul, avqust və dekabr ayları üçün qurbanlar haqqında məlumatlar hesablamalara daxil deyil.

Son xəbərlər

Orphus sistemi