"Sarı jiletlilər"in aksiyalarına baxmayaraq, Fransaya gələn turistlərin sayı rekord həddə çatıb

"Sarı jiletlilər"in aksiyalarına baxmayaraq, Fransaya gələn turistlərin sayı rekord həddə çatıb Paris. 18 yanvar. REPORT.AZ/ Keçən ilin sonlarında sarı jiletlilərin keçirdikləri etiraz aksiyaları zaman baş verən zorakılıq hallarına baxmayaraq, Fransaya üz tutan turistlərin sayı 2018-ci ildə rekord həddə çatıb.
Digər ölkələr
18 Yanvar , 2019 02:56
Sarı jiletlilərin aksiyalarına baxmayaraq, Fransaya gələn turistlərin sayı rekord həddə çatıb

Paris. 18 yanvar. REPORT.AZ/ Keçən ilin sonlarında "sarı jiletlilər"in keçirdikləri etiraz aksiyaları zaman baş verən zorakılıq hallarına baxmayaraq, Fransaya üz tutan turistlərin sayı 2018-ci ildə rekord həddə çatıb.

"Report"un Qərbi Avropa bürosu bildirir ki, 2017-ci il bu ölkəyə səfər edən turistlərin sayı 87 milyon nəfər olmuşdusa, 2018-ci il bu rəqəm artaraq, 90 milyona çatıb. Turistlərin ən çox sevdikləri istiqamətlərdən biri Fransa dağları hesab edilir. Əvvəlki ilə nisbətən 2018-ci ildə bura səfər edənlərin sayı hətta 14 faiz artıb.

Bununla belə, ötən ilin dekabrında təyyarələrlə Paris aeroportlarına enən turistlərin sayında 5-10 faiz azalma qeydə alınıb. Bu da “sarı jiletlilər“in aksiyaları zamanı zorakılıq hallarının baş verməsinin turistlər arasında yaratdığı təşvişlə izah oluna bilər.

Fransa hökuməti 2020-ci ildə turistlərin sayının artaraq 100 milyona çatmasını hədəf kimi müəyyən edib.

Xatırladaq ki, Fransada "sarı jiletlilər"in son aksiyası zamanı 24 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi