Ötən il ​Avropada törədilən terror aktlarının qurbanlarının sayı açıqlanıb

Ötən il ​Avropada törədilən terror aktlarının qurbanlarının sayı açıqlanıb Terror aktları törətməkdə və hazırlamaqda şübhəli bilinən 667 nəfər saxlanılıb
Digər ölkələr
25 May , 2016 13:13
Ötən il ​Avropada törədilən terror aktlarının qurbanlarının sayı açıqlanıb

Bakı. 25 may. REPORT.AZ/ Avropa İttifaqına üzv dövlətlərdə 2015-ci ildə törədilən terror aktları nəticəsində 150-dən çox insan ölüb, 360-dan çoxu yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu "Avropol" yanında Antiterror Mərkəzinin direktoru Manuel Panyaqua Avropa Parlamentinin Vətəndaş azadlıqları üzrə komitənin üzvləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, ötən il Avropa İttifaqına üzv olan ölkələrin ərazisində törədilməsi planlaşdırılan, amma qarşısı alınan 211 terror aktı qeydə alınıb. M.Panyaqua deyib ki, 2015-ci ildə ittifaq ərazisində ən qanlı 17 terror törədilib.

Terroru törətməkdə və hazırlamaqda şübhəli bilinən 667 nəfər isə saxlanılıb.

Qeyd edək ki, yalnız mayın 23-də Suriyanın Latakiya əyalətində törədilən terror aktı nəticəsində bir gündə 165 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi