Yuxarı

Ötən il Almaniyada 5,8 min qaçqın uşaq itkin kimi qeydiyyata alınıb

Həddi-büluğa çatmayanların əksəriyyəti Əfqanıstandan, Suriyadan, Mərakeşdən, Əlcəzairdən olan uşaqlardır

Bakı. 11 aprel. REPORT.AZ/ 2015-ci ildə Almaniyada həddi-buluğa çatmamış 5,8 mindən çox qaçqın uşaq itkin kimi qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bu fakt Almaniya Daxili İşlər Nazirliyinin "Funke" media qrupunun sorğusuna cavabında açıqlanıb.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, itkin hesab edilən 8006 nəfər həddi büluğa çatmamış qaçqının yalnız 2171 nəfəri sonradan tapılıb.

"Həddi-büluğa çatmayanların əksəriyyəti Əfqanıstandan, Suriyadan, Mərakeşdən, Əlcəzairdən olan uşaqlardır" - deyə Almaniya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, 6000 minə yaxın itkin düşmüş qaçqının 555 nəfəri yaşı 14-dən az olan uşaqlardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi