Yuxarı

Ötən həftə sonu Liviya sahillərindən 5800-dən çox miqrant xilas edilib

Bu il Aralıq dənizini keçmək istəyən ən azı 1750 insan ölüb

Bakı. 5 May. REPORT.AZ/ Sicilyanın cənubunda qayığın matması nəticəsində onlarla miqrant Aralıq dənizində boğulub, Save the Children yardım qrupundan bildiriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, xilas olanların dediyinə görə, bir çox insan xilasetmə gəmisinin yaxınlaşdığı ərəfədə batıb.

Xilas olanlar çərşənbə axşamı Kataniya şəhərinə gəliblər. Bu il Aralıq dənizini keçmək istəyən ən azı 1750 insan ölüb. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 dəfə çoxdur.

Save the Children təşkilatının Kataniyadakı nümayəndəsi Giovanna di Benedetto bildirib ki, sonuncu batmanın bazar günü baş verdiyi güman edilir, lakin dəqiq ölüm sayı məlum deyil.

“Onlar [sağ qalanlar] bildirib ki, 137 insanın olduğu şişirdilmiş qayıq boşalıb, ya partlayıb – aydın deyil – və onlardan bəziləri kənara düşüb,” xanım di Benedetto AFP xəbər agentliyinə bildirib.

“Bəziləri deyir ki, “lap çox” insan ölüb, digərləri isə təxminən 40 nəfərin öldüyünü deyir,” o əlavə edib.

Həftə sonu ərzində 5800 nəfərdən çox miqrant xilas edilib və 10 cəsəd Liviya sahillərinə çıxarılıb, İtaliya sahil mühafizəsindən bildiriblər.

İtaliya və Fransa gəmiləri həyata keçirilən 17 fərqli əməliyyat nəticəsində sağ qalanları taxta və rezin qayıqlardan götürüblər.

26 Avropa ölkəsindən olan dəniz komandirlərinin İtaliyanın cənubundakı Neapol şəhərində görüşərək miqrant böhranını müzakirə edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi