Yeni Zelandiyanın hakimiyyəti altı həftə ərzində ilk dəfə ötən gün ölkə ərazisində koronavirusa heç bir yeni yoluxma aşkarlamayıb.
“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən RİA “Novosti” agentliyi bildirib.
"Bu gün biz COVID-19-a yeni yoluxma qeydə almadıq. Yoluxmanın təsdiqləndiyi və ehtimal edilən halların ümumi sayı əvvəlki kimi 1 487 təşkil edir", - nazirliyin nümayəndəsi deyib.
Ölkədə həmçinin son 24 saat ərzində COVID-19 infeksiyasından ölüm də qeydə alınmayıb. Yeni Zelandiyada pandemiyanın başlanğıcından ümumilikdə 20 nəfər ölüb, 1 276 pasiyent sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.