​Ötən gün Aralıq dənizində 4,5 minə yaxın miqrant xilas edilib

​Ötən gün Aralıq dənizində 4,5 minə yaxın miqrant xilas edilib Xilasetmə əməliyyatları Siciliya körfəzi zonasında həyata keçirilib
Digər ölkələr
5 İyul , 2016 23:39
​Ötən gün Aralıq dənizində 4,5 minə yaxın miqrant xilas edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Son sutka ərzində Aralıq dənizinin Siciliya körfəzi zonasında Şimali Afrikadan Avropaya getmək istəyən 4,5 minə yaxın miqrant xilas edilib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı İtaliyanın Sahil Mühafizəsi məlumat verib.

Sahil Mühafizəsinin operativ mərkəzinin məlumatına görə, təqribən 30 xilasetmə əməliyyatının həyata keçirilməsində İtaliyanın Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin gəmi və katerləri, həmçinin Avropa İttifaqının Xarici Sərhədlərinə Nəzarət Agentliyi "Frontex"in qüvvələri iştirak ediblər.

Təkcə Sahil Mühafizəsinin "Diciotti" gəmisi çərşənbə axşamı batmaq təhlükəsi ilə üzləşmiş 1104 qaçqını xilas edib.

Son xəbərlər

Orphus sistemi